Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.
Referans Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən il (2025-ci ildə) qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı 11 min 626 nəfər təşkil edib.
Vurğulanıb ki, 2024-cü ildə bu göstərici 13 min 228 olub. Beləliklə, cəmi bir il ərzində rəsmi nikahdan kənar doğulan uşaqların sayında 1 602 nəfərlik azalma qeydə alınıb.
