Ermənistan parlamentinin spikeri Ruben Rubinyan sabiq prezident Robert Köçəryanın saxlanılması və ona qarşı irəli sürülən ittihamlarla bağlı sərt açıqlamalar verib.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Rubinyan Köçəryanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə böyük məbləğdə vəsait əldə etməkdə ittiham edib. O, Köçəryanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasına da keçmiş prezidentin ailəsinin əmlak əldə etməsi ilə bağlı suallar ünvanlayıb.
“Liderinizin ailəsinin 40 milyon dramlıq bir ərazini başqa bir ərazi ilə dəyişdirərək əldə etməsinin türklə, qisasçılıqla nə əlaqəsi var? Ümumiyyətlə, milli dəyərləri liderinizin oğurluğuna qalxan etməkdən heç yorulmamısınız? Əgər dürüstsünüzsə, gəlin deyin, həmin 1 milyard 700 milyon dram necə əldə edilib. Bəli, ədalət sizin kimilərdən xalqın qisasıdır”, – Rubinyan qeyd edib.
