5 sinifin bütün şagirdləri ali məktəbə qəbul olundu - Foto

Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 11 V və 11 U siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olunub.

Referans Media  xəbər verir ki, bu siniflərin bütün məzunları universitetə qəbulda 100 faiz nəticə göstərib.

Həmçinin, Qəbələ şəhəri Nicat Apayev adına 4 nömrəli tam orta məktəbin 11A və 11B siniflərinin hər bir şagirdi universitetə qəbul olub.

Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin 11 H sinfi də 100 faiz nəticə göstərib./Axar.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki