Sabah rayonlarda və Bakıda hava BELƏ OLACAQ — 27 AVQUSTUN PROQNOZU

Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

      Bu abrədə Referans Media-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

      Bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

      Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

      Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

      Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

      Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
      Xəbərlərimizi Google-da daha asan izləyin!

      • whatsapp
      • messenger
      • telegram
      • vkontakte
      • odnoklassniki