Sabiq Baş nazir qanunsuz əməllərini etiraf etdi

  Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili oktyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib.Referans xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Məlumata görə, istintaqla tam əməkdaşlıq edən İrakli Qaribaşvili illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

Mövcud və əlavə sübutlara əsaslanaraq sabiq hökumət başçısı barəsində olan cinayət işinin kvalifikasiyası, habelə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi yaxın günlərdə müzakirə ediləcək./publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki