Sabirabadda iki avtomobil TOQQUŞUB -FOTO

Sabirabadda avtoqəzada 4 nəfər xəsarət alıb.

Referans Media xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad zamanı "KİA" və"Opel" markalı minik avtomobilləri toqquşub.

Xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər 17.08.2026-cı il tarixində 14:50 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.Hazırda 1 nəfərin instrumental diaqnostik müayinələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır./Ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki