image-korpu-bor-borbackend

Şabranda acınacaqlı mənzərə: uşaqlar çiyində məktəbə gedir – VİDEO

Şabranda bir müddət öncə körpü uçub, nəticədə sakinlərin işi çətinləşib.

Referans Media xəbər verir ki, görüntülər Şabran rayonunun Bor-Bor kəndində çəkilib. Şabançaya gələn sel kənd körpüsünü yararsız vəziyyətə salıb. Sakinlər deyir ki, övladları qonşu kənddə təhsil alır. Yol bağlı olduğundan onlar çayı keçmək üçün uşaqları çiyinlərində, təhlükəli vəziyyətdə aparmaq məcburiyyətində qalırlar.

Əslində digər ərazidə yol var, lakin bunun üçün gərək vətəndaşlar 20 km məsafəni qət etməlidirlər.

Şabran Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, beton ötürücülər mart ayında gələn seldən sonra dağılıb. Hazırda çayda suyun səviyyəsinin çox olması və yagıntılı hava şəraitinə görə ərazidə iş görmək çətinləşir. Suyun səviyyəsi enəndən sonra əraziyə texnikalar göndərilərək körpü bərpa ediləcək. Körpünün yenidən qurulması ilə bağlı da aidiyyəti üzrə  məktublar ünvanlanıb.

Ətraflı Xəzər TV-nin süjetində:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki