Sabunçu rayonunda yanğın oldu

  Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Bu barədə Referans-a FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 130 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində 3 ədəd məişət avadanlığı yanıb. Yaxınlıqdakı qazanxana və istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki