Türkiyənin "Fənərbağça" futbol klubunun transfer gündəmində olduğu bildirilən Məhəmməd Salahın maaş tələbi bəlli olub.
Referans Media İdman.Biz-ə istinadən bildirir ki, jurnalist Senad Ok "Sporx" "YouTube" kanalında "Fənərbağça" rəhbərliyinin misirli futbolçu ilə bağlı apardığı danışıqlar barədə danışıb. Onun sözlərinə görə, İstanbul klubunun rəsmisi Ertan Torunoğulları Salahla görüşüb.
Senad Ok bildirib ki, Səudiyyə Ərəbistanından da təklif alan Salahın əsas prioriteti Türkiyədir. 33 yaşlı hücumçunun "Fənərbağça"dan illik 20 milyon avro (40 milyon AZN) maaş istədiyi qeyd olunur.
