Məşhur “Taşacak Bu Deniz” serialında yeni mövsüm öncəsi gözlənilməz ayrılıq yaşanıb. Serialda Gezep obrazını canlandıran aktyor Onur Dilber layihədən ayrıldığını açıqlayıb.
Referans Media xəbər verir ki, aktyor bildirib ki, qərarı istirahətdə olduğu vaxt öyrənib və bu vəziyyət onun üçün gözlənilməz olub. Sosial şəbəkədə paylaşım edən Dilber, serial izləyicilərinə təşəkkür edərək Gezep obrazının hekayəsinin yarımçıq qaldığını vurğulayıb.
Onur Dilber paylaşımında, “TBD izləyicilərinə təşəkkür edirəm. Təəssüf ki, yarımçıq qalan bir Gezep hekayəsi var. Amma sağlamlıq olsun, gec də olsa haqq yerini tapsın” sözlərini yazıb.
Aktyor əlavə edib ki, obrazın son həftələrdəki inkişaf xətti onun mahiyyətinə uyğun deyildi və yeni mövsümdə hekayənin əvvəlki istiqamətinə qayıdacağına ümid edirdi.
Bu ayrılıqdan sonra serial izləyiciləri Gezep obrazının taleyinin necə olacağını müzakirə etməyə başlayıb. Hələlik prodüser heyəti tərəfindən rəsmi açıqlama verilməyib.
