2026 FIFA Dünya Kubokunda ən təsirli futbol hekayələrindən biri Demokratik Konqo Respublikasından gəldi. Afrika təmsilçisi turnir tarixində ilk qolunu vurdu, ilk xalını qazandı və 52 illik həsrətə son qoydu.
Referans Media xəbər verir ki, Portuqaliya ilə keçirilən oyunda hesabı əvvəlcə rəqib komanda açsa da, Demokratik Konqo ilk hissənin son anlarında vurduğu qolla tarixi nəticəyə imza atdı və qarşılaşma 1:1 hesabı ilə başa çatdı.
Lakin gecənin ən çox danışılan anı meydanda deyil, tribunada yaşandı.
Portuqaliyanın paytaxtı Lissabonda minlərlə yerli azarkeş arasında oyunu izləyən azsaylı Konqolu azarkeşlər bərabərlik qolundan sonra böyük sevinc yaşadı. Bir ovuc insanın illərlə gözlənilən anı coşqu ilə qeyd etməsi sosial şəbəkələrdə sürətlə yayıldı və milyonlarla baxış topladı.
Futbolsevərlər bu görüntüləri “futbolun ən saf emosiyası”, “Dünya Kubokunun ruhu budur” kimi şərhlərlə paylaşdı.
Bu nəticə Demokratik Konqo üçün sadəcə bir xal deyil, ölkə futbol tarixində yeni bir səhifənin açılması kimi qiymətləndirildi.
