Dilan Polata növbəti şok: bu dəfə…

Türkiyəli sosial media fenomeni Dilan Polat növbəti dəfə məhkəmə qərarı ilə gündəmə gəlib.

Referans Media  lent.az-a istinadən xəbər verir ki , məlumata görə, onun bütün aktiv sosial media hesablarına girişin məhdudlaşdırılması ilə bağlı qərar verilib.

Qərar İnstagram, TikTok, Facebook və YouTube platformalarındakı hesablarla yanaşı, ehtiyat hesabları da əhatə edir. Bildirilir ki, qərar yaxın vaxtlarda müvafiq platformalara göndəriləcək və hesabların əlçatanlığı mərhələli şəkildə dayandırılacaq.

Məsələ ilə bağlı açıqlama verən vəkil Melih Demirer bildirib ki, təxminən 1,5 milyon izləyicisi olan ehtiyat İnstagram hesabı da daxil olmaqla, Dilan Polatın bütün sosial media profillərinə girişin məhdudlaşdırılması qərara alınıb.

Qeyd edək ki, Dilan Polatın əsas İnstagram hesabı daha əvvəl də məhkəmə qərarı əsasında bağlanmışdı. Son qərarla onun digər sosial media platformalarındakı hesablarının da eyni aqibətlə üzləşəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki