SON DƏQİQƏ! Bakı nəqliyyatında BU YENİLİKLƏR GÖZLƏNİLİRbackend

SON DƏQİQƏ! Bakı nəqliyyatında BU YENİLİKLƏR GÖZLƏNİLİR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumatına görə Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır.

Bakının nəqliyyat sistemində daha hansı bu kimi dəyişikliklərə və yeniliklərə ehtiyac var? Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Referans-a açıqlama verib. Ekspert bildirib ki, Bakının yol-nəqliyyat sistemində hal-hazırda mobilliyin transformasiyası həyata keçirilir. Mobilliyin transformasiyası o deməkdir ki, şəhər mühitində hamı üçün sərbəst hərəkət olmalıdır və biz bu hədəfə çatmaq üçün bir cəmiyyət olaraq sosiallaşmalıyıq. Müvafiq qurumlar üzərinə düşən öhdəlikləri yerinə yetirirlər və proseslər bu mərhələ ilə irəliləyir. Avtobus zolaqları çəkildi, mikro mobillik üçün zolaqlar çəkildi, taksilər üçün dayanacaqlar var idi, minib-düşmə məntəqələri də yaradılacaq. Bu da olduqca doğru addımdır. Bizim bu gün taksilər üçün minib-düşmə, drop off yerlərinin təşkilinə ehtiyac var. Sevindirici haldır ki, bu proses gedir.

Ekspert həmçinin onu da xatırladıb ki,  Bakının nəqliyyat sisteminin dəyişikliyi ilə bağlı həyata keçirilən əsas müddəalar 2025-2030-cu illəri əhatə edən dövlət proqramında əks olunub. Bu proqrama görə bu 5 il ərzində həm yol-nəqliyyat sistemində, həm nəqliyyatın təkmilləşdirilməsi məsələsində xeyli işlər görülməlidir və orada bənd-bənd hansı qurumun, hansı işi görməli olduğu göstərilib. Yəni bu bir təşkilatın, bir qurumun görəcəyi iş deyil, burda bütün qurumlar hamısı öz üzərinə düşən öhdəliyi həyata keçirməlidir. Şəhər yollarının, səkilərin işıqlandırılmasını başqa bir qurum, yeraltı və yerüstü keçidlərdəki eskalatorların təmirini ayrı bir idarə, piyada keçidlərinin yaradılmasını başqa bir qurum, hərəkətin təşkilini digər bir müəssisə icra edir.  Burada bütün qurumların hamısının mərhələ ilə öhdəliklərinə düşən vəzifələri yerinə yetirmələri vacibdir. Bu ilin sonuna qədər ümid edirik ki, Bakıda olan köhnə avtobuslar, marşrutlar dövriyədən çıxarılacaq, onlar yeni avtobuslarla, yeni elektrobuslarla əvəz olunacaq. Bu potensial bizdə var. Adı çəkilən elektrobuslar həm gətirilir, həm də bu ilin sonuna qədər ölkəmizdə istehsal olunub, təhvil verilməlidirlər.

Ekspert eyni zamanda sürücülərə və sərnişinlərə səslənərək bildirib ki, minib-düşmə məntəqələri avtomobilin dayanacağı və ya duracağı deyil. Orada avtomobil saxlayıb müştəri gözləmək olmaz. Həmçinin müştəri də bilməlidir ki, o artıq məntəqəyə gəlib sonra taksini sifariş verməlidir. Yəni uzun müddətli dayanmaq üçün nəzərdə tutulmayıb. Bunlar əvvəlcədən aydın olsun ki, sonra müəyyən narazılıqlar olmasın. Deməsinlər ki, yenə bizi cərimə etdilər və ya sərnişinlər narazılıq bildirməsin ki, bizi gözləmirlər və s. Bu artıq başqa sistemdir, buna vərdiş etmək lazımdır, bunu öyrənmək lazımdır. Bunlar hamısı sərnişinlərin, sürücülərin rahatlığı üçün həyata keçirilir.

“Bizim də təkliflərimiz müvafiq qurumlar tərəfindən nəzərə alınır, buna görə də təşəkkür edirik ki, cəmiyyətin fikri, bizim fikrimiz nəzərə alınır. Media vasitəsilə də bunları çatdırırıq. Hamımız cəmiyyət olaraq çalışmalıyıq ki, Bakıda hərəkət hamı üçün sərbəst olsun. Bu istiqamətdə biz birgə işlər görməliyik”, – deyə nəqliyyat eksperti qeyd edib.

Məmmədov Hüseyn

Referans  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki