Sosial şəbəkələri silkələyən görüntülər – polis hərəkətə keçdi

  Sosial şəbəkələrdə bir kişinin qadına zorakılıq göstərməsi ilə bağlı görüntülər yayılıb.Rfereans xəbər verir ki, həmin görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”ya bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

“Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.

Faktla bağlı araşdırmalar davam etdirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki