Sürücülərin nəzərinə: Kabus geri dönür - Sentyabrın 15-dən Bakıda...

Tədris ilinin başlaması ilə əlaqədar paytaxt yollarında nəqliyyat sıxlığının artması və hərəkətin təşkili məsələsi yenidən gündəmə gəlib. Xüsusilə 15 sentyabr tarixindən etibarən şəhər nəqliyyatında canlanmanın kəskin artacağı və yollarda hərəkətin mürəkkəbləşəcəyi gözlənilir.

Nəqliyyat eksperti Aslan Əsədov "Referans Media"ya açıqlamasında yeni tədris ilinin başlaması ilə yollarda yaranacaq vəziyyət, nəqliyyat axınlarının idarə olunması və koordinasiya məsələlərinə toxunub.

​Ekspert bildirib ki, 15 sentyabr sadəcə təqvim tarixi deyil, yeni mövsümün və tədris ilinin başlangıcı kimi nəqliyyat sektoru üçün ağır bir dövrün göstəricisidir:
​"15 sentyabrdan bağlı olmaq, demək olar ki, bu mövsümün bir tədbiridir, mövsümün bir iş qrafikidir. Ona görə də yeni ilin, tədris ilinin başlangıcıdır. Mənim üçün hərəkət birdən-birə çox ağır və çətin bir prosesə keçir. Mən bunu belə şərh edərdim. Çünki bu gün şəhərin istənilən yerində sıxlıq müşahidə olunmaqdadır, yolların sıxlığı məlum məsələdir."

​Aslan Əsədov vurğulayıb ki, mövcud sıxlıq şəraitində əsas məsələ nəqliyyat axınlarının bir-biri ilə düzgün əlaqələndirilməsi və intensivliyin tənzimlənməsidir:
​"Bununla da əlaqəli yollarda ümumi hərəkət rentabilliyinin təyin edilməsi, axınların istiqamətləndirilməsi, axınlar arasında əlaqənin qurulması vacib detallardan biridir. Yəni əsas işin ağırlıq tərəfi budur. Əgər bu gün yol hərəkəti iştirakçılarında hər hansı bir nüans varsa, onların hərəkət traektoriyasında bir təhlil müşahidə olunacaqsa, bu da çətin proseslərdən biridir. Çünki koordinasiyanın düzgün təyin edilməsi, marşrutlarla metroların əlaqələndirilməsi hamısı birbaşa bununla bağlıdır."

​Mütəxəssis əlavə edib ki, sürücülər tərəfindən idarə edilən nəqliyyat vasitələrinin hərəkət traektoriyasının qorunması və marşrutların düzgün koordinasiya olunması gələcəkdə böyük əhəmiyyət kəsb edəcək:
​"Bu da özü-özlüyündə hərəkətin təyin edilməsində, hərəkət traektoriyasının qorunub saxlanılmasında vacib elmentlərdən biridir. Və gələcəkdə bu və ya digər formada nəqliyyat axınlarının idarə edilməsində böyük söz sahibi ola biləcək, təsirli bir rol oynaya biləcək. Əsas məsələlər bundan ibarətdir: axınların təyin edilməsi, axınlararası əlaqələrin qurulması və koordinasiyanın düzgün təşkil edilməsi. Məsələnin mahiyyəti bundan ibarətdir."

​Aslan Əsədovun fikirlərindən də aydın olur ki, 15 sentyabr tədris ilinin başlaması ilə yollarda yaşanacaq sıxlığı minimuma endirməyin yeganə yolu ictimai nəqliyyatın — xüsusilə avtobus marşrutları ilə metropolitenin — qarşılıqlı inteqrasiyası və nəqliyyat axınlarının dəqiq koordinasiya olunmasıdır. Yalnız bu halda şəhərin nəqliyyat sistemində hərəkətin davamlılığı və təhlükəsizliyi təmin edilə bilər.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki