Brexit-in 10 illik iqtisadi nəticələri açıqlandı

İngiltərənin 2016-cı ildə keçirilən referendumla Avropa İttifaqından ayrılması qərarının üzərindən 10 il keçsə də, Brexit-in iqtisadi təsirləri hələ də müzakirə olunur.

Mütəxəssislərin qiymətləndirməsinə görə, Brexit ölkə iqtisadiyyatını mümkün ola biləcək səviyyədən 4-8 faiz daha kiçik edib. Bu proses investisiyaların, məhsuldarlığın və iqtisadi artımın zəifləməsinə səbəb olub.

Sorğular göstərir ki, britaniyalıların 52 faizi yenidən Avropa İttifaqına qoşulmağın tərəfdarıdır. Respondentlərin 48 faizi isə Brexit-in gözlədiklərindən daha pis nəticələr verdiyini düşünür.

Ekspertlər bildirirlər ki, Brexit-in təsiri ani iqtisadi çöküş şəklində deyil, ticarət, investisiya və məhsuldarlıq üzərində tədricən artan təzyiq formasında özünü göstərib.

Brexitdən sonra İngiltərənin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı ilə ticarətdə gömrük prosedurları, əlavə sənədləşmə və digər maneələr biznesin xərclərini artırıb.

Analitiklərin fikrincə, son 10 ildə Brexit səbəbindən İngiltərə iqtisadiyyatında 1 trilyon funt sterlindən çox itirilmiş imkan yaranıb və bu, ölkənin mövcud iqtisadi problemlərini daha da dərinləşdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki