Paylaşımlarına görə psixiatriya xəstəxanasına GÖNDƏRİLDİ

Sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan Günəş polis əməkdaşları tərəfindən saxlanılıb.

Referans Media “Patrul.az”a istinadən xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb.

Bu çərçivədə o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki