İranın kəşfiyyat naziri Esmail Xətibin sözlərinə görə, İranın “düşmənləri” ölkədəki sabitliyi pozmaq üçün Ali Rəhbər Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd planı qururlar.
Referans xəbər verir ki,”Ali Rəhbər İslam Respublikasının dayağıdır. Buna görə də düşmənlər onu hədəf alırlar. Söhbət, ehtimal ki, İranın öz daxilindən qaynaqlanan sui-qəsd cəhdlərindən və digər düşmən hücumlarından gedir”, – Xətib əlavə məlumat vermədən bildirib.
Qeyd edək ki,86 yaşlı Ayətullah Əli Xamenei 1989-cu ildən bəri İrana rəhbərlik edir.
O,ölkədə əsas söz sahibi sayılır.






















