Son dövrlər müəllimlərin işə qəbulu formasında dəyişiklik
ediləcəyi ilə bağlı məlumatlar mövcuddur. Belə ki, məlumatlara görə, artıq müəllimlət
yaşadıqları əraziyə yaxın yerlərdə məktəblərə tədris prosesi üçün cəlb
olunacaqlar.
Bu məlumat cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna səbəb isə
bəzilərinin paytaxt ərazisində əhalinin regionlara nisbətən daha çox məskunlaşdığını
düşünmələridir.
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi
Sahib Məmmədov Referans-a
açıqlamasında bu məsələnin effektivliyi haqqında danışıb.
“Belə
bir təklif ancaq könüllü razılaşma əsasında ola bilər. Çünki heç kəs məcbur
oluna bilməz ki, yaşadığı əraziyə yaxın və ya məhz həmin ərazidə işləsin. Əmək
Məcəlləsində, ümumiyyətlə, qeydiyyat da tələb etmir. Regionda yaşayan biri belə
Bakıda gəlib çalışıb həmin gün evinə də qayıda bilər. Əsas odur ki, işə gecikməsin.
Şəxs işə gecikirsə, gəlib vaxtında çata bilmirsə, bununla bağlı inzibati tənbeh
tədbirləri tətbiq oluna bilər. Amma heç kəsi buna məcbur etmək olmaz”.
Fidan
Vəlisoy