Azərbaycanda işləyən həkimlər arasında terapevtlər çoxluq təşkil edir.
Referans Media statistik məlumatlara istinadən xəbər verir ki, ölkəmizdə ümumilikdə 34,8 min həkim fəaliyyət göstərir.
Onların 8,3 mini, yəni 23,8 faizi terapevtdir.
Say baxımından ikinci ən çox mütəxəsis cərrahlardır. Ölkəmizdə 3,5 min cərrah var.
Sıralamada növbəti yerləri 1,9 minlə ginekoloqlar, min nəfərlə nevropatoloqlar tutur.sfera.az
