Suriya Prezidenti Əhməd Əl Şaraa ölkənin cənubunda İsrail ordusunun son əməliyyatlarından sonra Təl-Əvivi bufer zonadakı qüvvələrini geri çəkməyə çağırıb.
Referans MEDİA xəbər verir ki, bu barədə "Associated Press" Suriya liderinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət ümumi sahəsi təxminən 235 kvadratkilometr olan bufer zonadan gedir. Əhməd Əl Şaraa İsrail hərbçilərinin həmin ərazidə son fəaliyyətini də qətiyyətlə pisləyib.
İsrail Müdafiə Qüvvələri bazar günü yaydığı məlumatda Suriyanın cənubundakı bufer zonada bir neçə silahlı şəxsin məhv edildiyini bildirib.
Əməliyyat yerli sakinlərin etirazına səbəb olsa da, insident zamanı mülki şəxslər arasında itki qeydə alınmayıb.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin sərhəd təhlükəsizliyi məsələsində güzəştə getməyəcəyini bəyan etmiş, İsrail ordusunun Livan, Suriya və Qəzzada öz təhlükəsiz zonalarına nəzarəti saxlamaqda qərarlı olduğunu bildirmişdi.
