"Qəbələ" Natan Monzanqonu heyətinə qatdığını açıqlayıb

"Qəbələ" yay fasiləsində daha bir futbolçu transferini reallaşdırıb.

Referans Media  xəbər verirv ki, bu barədə klub məlumat yayıb.

Bölgə təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqo ilə "1+1" illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu "Bravo" (Sloveniya) olub.

O, buna qədər "Şole", "Amyen", "Pau", "Vilfranş" (hamısı Fransa), "Çaykur Rizəspor" (Türkiyə) klublarının şərəfini qoruyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki