“Tottenhem” “Qalatasaray”ın 3 ulduzunu transfer edir – 100 milyon avro…

Avropa futbolunda sürpriz transfer xəbəri gündəmə gəlib. İngiltərənin “Tottenham Hotspur” komandası, Qalatasarayın üç ulduz futbolçusuna maraq göstərir.

Referans Media xəbər verir ki, İngilis mətbuatı bu belə xəbər hazırlayıb. Uğurcan Çakır, Barış Alper Yılmaz və Qabriel Sara üçün “Tottenham” ciddi addımlar atmağa hazırlaşır. Yeni mövsüm üçün heyətini gücləndirmək istəyir və bu üç oyunçunu transfer siyahısına daxil edib.

“Tottenham”, bu üç ulduz üçün ən az 100 milyon avro xərcləməyə hazırdır. Bu, klubun transfer strategiyasında ciddi bir investisiya olaraq dəyərləndirilir.

Sarı-qırmızılılar isə ulduz oyunçularla bağlı gələcək təklifləri açıq saxlayır. Klub rəhbərliyi, komandadakı dəyərli oyunçular üçün gələcəkdə gələcək təklifləri diqqətlə qiymətləndirəcək.

Beləliklə, Qalatasaraylı ulduzların Avropanın ən prestijli liqalarından birinə transferi gündəmə gəlmiş olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki