Tovuzda 64 yaşlı kişini qətlə yetirən şəxs TUTULDU

  Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları onun döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan  Referans.az-ın yerli bürosuna verilən məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək öldürüldüyü müəyyən edirilib.

Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki