Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb.
Referans Media bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ. Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.
Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Tovuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən 22 yaşlı gəncin Tovuzda çayda batması ilə bağlı xəbər yayılmışdı.
