image-tramp-4-900x565-1backend

Tramp İran gəmisindəki “gizli yük”dən danışdı– Çinlə bağlı detallar üzə çıxdı

ABŞ prezidenti Donald Trump Ağ evdə jurnalistlərə açıqlamasında Oman körfəzində saxlanılan İranın “Touska” yük gəmisi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Referans Media xəbər verir ki, Trampın sözlərinə görə, Çindən İrana doğru hərəkət edən gəminin göyərtəsində “məxfi” yük olub.

Jurnalistlərin suallarını cavablandıran ABŞ lideri yükün mahiyyətini açıqlamaqdan imtina edib və bunu onun məxfi xarakter daşıması ilə izah edib: “”Bu, elə suallardan biridir ki, “Oh, bu yaxşı deyil” demək istəyirsən”.

Çinin bu məsələdə roluna toxunan prezident rəsmi Pekinə qarşı qəzəbli olmadığını vurğulayıb. O qeyd edib ki, ABŞ da bəzən digər ölkələrə münasibətdə oxşar addımlar atır.

Tramp həmçinin etiraf edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Pekinin belə yükləri göndərməsi onu “qismən təəccübləndirib”. O, bu məsələdə Çin lideri Si Cinpinlə müəyyən anlaşmanın olduğunu düşündüyünü də əlavə edib.

Xatırladaq ki, aprelin 20-də Tramp ABŞ hərbi qüvvələrinin Oman körfəzində İranın “Touska” adlı yük gəmisini saxladığını açıqlayıb. “The Washington Post” nəşrinin məlumatına görə, gəmi Çindən yola düşmüşdü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki