Tramp: Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması mümkündür

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasının mümkün olduğunu bildirib.

Referans MEDİA xəbər verir ki, Tramp bu barədə Financial Times nəşrinə müsahibəsində danışıb.

ABŞ liderinin sözlərinə görə, münasibətlərin normallaşdırılması hər iki ölkənin maraqlarına uyğundur.

"Bu, hər iki ölkənin çox istədiyi bir məsələdir. Bu baş verə bilər", – deyə Tramp vurğulayıb.

Tramp bildirib ki, bu mövzunu İsrailin Baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə müzakirə edib.

Financial Times qeyd edir ki, ABŞ prezidenti Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi sahəsində yekun sazişin əldə olunacağına da nikbin yanaşır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki