Trampdan GÖZLƏNİLMƏZ ANONS: Savaşla bağlı…backend

Trampdan GÖZLƏNİLMƏZ ANONS: Savaşla bağlı…

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinə dair razılaşmaların olacağına inanır.

Referans xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə çıxışı zamanı deyib.

“Bəzi mübadilələr, ərazi dəyişiklikləri olacaq. Yəni həm Ukrayna, həm də Rusiya müharibəni bitirmək üçün bir-birlərinə torpaq verməli olacaqlar”, – deyə ABŞ lideri bildirib.

Ehtimal edilən ərazi mübadilələrindən danışarkən o, bunun Ukraynanın xeyrinə olduğu fikrini irəli sürüb: “Bu yaxşı bir şeydir, pis deyil. Mən bunu Rusiyadan və digərləri ilə söhbətimdən bilirəm”.

O, sahilyanı əraziləri qiymətli hesab edir. Siyasətçi cümə günü Putinlə Alyaskada aparacağı danışıqların “həssas görüş” olacağını qeyd edib.

Trampın fikrincə bu, Rusiya liderinin razılığa gəlməyə hazır olub-olmadığını müəyyən etmək üçün vacibdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki