ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində qələbəsinin ildönümü ilə bağlı paylaşım edib.Referans xəbər verir ki, ABŞ lideri “Truth Social”da bunu ən böyük qələbələrindən biri adlandırıb.
“İldönümünüz mübarək! Bir il əvvəl, 5 noyabrda prezident seçkiləri tarixində ən böyük qələbələrdən birini qazandıq. İqtisadiyyatımız çiçəklənir və xərclər xeyli azalır. Məqsədimiz əlverişli qiymətlərdir. Amerika xalqına sevgi ilə!”, – Tramp qeyd edib.
