Trampın Pezeşkianla bağlı açıqlaması yalandır – Bəqai

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın iranlı həmkarının atəşkəs tələb etməsi iddiasını təkzib edib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, İsmayıl Bəqai “Əl-Cəzirə”yə müsahibəsində Trampın açıqlamasının həqiqətə uyğun olmadığını bildirib: “Onun atəşkəs tələb etdiyimiz barədə açıqlamaları yalandır”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın ABŞ administrasiyasından atəşkəs istədiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki