Türkiyə ilə bağlı ŞOK XƏBƏRDARLIQ edildi: Günorta saatlarından etibarən...

Türkiyə Dövlət Meteorologiya Xidməti (MGM) ölkə üzrə yenilənmiş hava proqnozunu açıqlayıb. Məlumata görə, ölkənin cənub və daxili bölgələrində isti hava davam etsə də, şimal rayonlarında leysan yağışları və güclü külək gözlənilir.

Referans Media xəbər verir ki, hava temperaturu ölkənin daxili hissələrində bir qədər yüksələcək və ümumilikdə mövsüm normasına yaxın, bəzi ərazilərdə isə normadan yüksək olacaq. Küləyin əsasən şimal, cənub və şərq bölgələrində isə cənub istiqamətindən zəif, arabir mülayim əsəcəyi bildirilir.

Meteoroloqların qiymətləndirməsinə görə, Marmaranın şimalı, Qərbi Qaradənizin daxili rayonları, Şərqi Qaradəniz sahilləri, Antalya və Mersinin dağlıq hissələri, eləcə də Ardahan, Çorum və Qarsın şimal bölgələrində qısamüddətli leysan və şimşək çaxması ilə müşayiət olunan yağışlar gözlənilir.

Günorta saatlarından etibarən Kırklareli, Tekirdağ, İstanbul, Kocaeli, Sakarya, Bolu, Karabük, Kastamonu, Rize, Artvin və Ardahan ətrafında da yerli xarakterli leysanların müşahidə olunacağı proqnozlaşdırılır.

Meteorologiya Xidməti qəfil yağıntılar səbəbindən sel, subasma, ildırım və digər təhlükələrə qarşı vətəndaşları diqqətli olmağa çağırıb.

Bundan əlavə, avqustun 3-də saat 12:00-18:00 aralığında xüsusilə Çanaqqala və Balıkəsir sahillərində, eləcə də Şimali Egey bölgəsində şimal küləyinin sürətinin saatda 30-50 kilometrə çatacağı gözlənilir.

Çərşənbə axşamından etibarən yağışların Marmara və Qərbi Qaradənizdə zəifləyəcəyi, lakin Şərqi Qaradəniz sahillərində (Trabzon, Rize, Artvin), Qars və Ardahanda, həmçinin Daxili Egey, Aralıq dənizinin daxili hissələri və Mərkəzi Anadolunun bəzi bölgələrində həftənin sonunadək yerli leysanların davam edəcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki