Türkiyə siyasətini silkələyən iddia: Cemil Tuqay AK Partiyaya keçir

Türkiyədə jurnalist Nevşin Mengü CHP-dən istefa verən İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqayla bağlı diqqətçəkən iddia səsləndirib. Mengünün sözlərinə görə, Tuqay avqustun 14-də AK Partiyaya qoşulacaq və onunla birlikdə daha üç rayon bələdiyyə sədri də partiyaya keçəcək.

Referans Media xəbər verir ki, jurnalist Nevşin Mengü bildirib ki, AK Partiyanın yaradılmasının ildönümü olan 14 avqust tarixində İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqayın hakim partiyaya üzv olacağı gözlənilir.

Mengü iddia edib ki, Tuqay təkbaşına deyil, daha üç rayon bələdiyyə sədri ilə birlikdə AK Partiyaya keçəcək. Bu iddia Türkiyə siyasi kulislərində geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Cemil Tuqay ötən həftə verdiyi açıqlamada bir müddət müstəqil siyasətçi kimi fəaliyyət göstərəcəyini bildirmişdi.

O, açıqlamasında deyib: "Bir müddət də müstəqil qalmaq və bələdiyyə xidmətlərinə diqqət ayırmaq niyyətindəyəm."

Cemil Tuqay iyunun 18-də CHP-dən istefa etdiyini açıqlamışdı. Onun istefası CHP rəhbərliyində yaşanan daxili gərginlik fonunda baş vermişdi.

Qeyd edək ki, Nevşin Mengünün səsləndirdiyi məlumat hazırda iddia xarakteri daşıyır və Cemil Tuqay və ya AK Partiya tərəfindən bununla bağlı rəsmi təsdiq verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki