"Kurtlar Vadisi" serialında canlandırdığı Polad Alemdar obrazı ilə məşhurlaşan aktyor Necati Şaşmaz uzun fasilədən sonra qatıldığı tədbirdə görüntülənib. Onun son görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, uzun müddətdir mediadan uzaq həyat sürən Necati Şaşmaz bu dəfə açıq havada keçirilən tədbirdə kameralara tuş gəlib. Sosial şəbəkələrdə yayılan görüntülərdə aktyorun ağ köynək, açıq rəngli şalvar və idman ayaqqabısı ilə tədbirə qatıldığı görünür.
Tədbirin diqqət mərkəzində oldu
Videolarda Necati Şaşmazın tədbir iştirakçıları ilə səmimi söhbət etdiyi, onları salamladığı və çoxsaylı xatirə fotoları çəkdirdiyi əks olunub. İzləyicilər aktyorun sakit davranışını yüksək qiymətləndirərkən, onun xarici görünüşündəki dəyişiklik də sosial şəbəkələrdə geniş müzakirə olunub.
Necati Şaşmaz kimdir?
15 dekabr 1971-ci ildə Türkiyənin Elazığ şəhərində anadan olan Necati Şaşmazın əsl adı Məhəmməd Necati Şaşmazdır. Təhsilini başa vurduqdan sonra bir müddət turizm sahəsində çalışıb, daha sonra isə ABŞ-də yaşayıb.
2003-cü ildə yayımlanmağa başlayan "Kurtlar Vadisi" serialında canlandırdığı Polad Alemdar obrazı ona böyük şöhrət qazandırıb. Daha sonra "Kurtlar Vadisi İraq", "Kurtlar Vadisi Fələstin", "Kurtlar Vadisi Vətən" filmlərində və "Kurtlar Vadisi Pusu" serialında da eyni obrazı canlandırıb.
Son illərdə aktyorluq layihələrində yer almayan Necati Şaşmaz ictimaiyyət qarşısına nadir hallarda çıxır.
