Antalyada rüşvət qalmaqalı böyüyür: Polis bələdiyyənin sənədlərinə və kompüterlərinə əl qoydu

Antalya Böyükşəhər Bələdiyyəsində aparılan rüşvət və korrupsiya istintaqı çərçivəsində yeni əməliyyat keçirilib. Gənclər Mərkəzinin məsul şəxsi T.G. Muğlanın Marmaris rayonunda istirahət etdiyi oteldə saxlanılıb.

Referans Media xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan rüşvət və korrupsiya istintaqı çərçivəsində Gənclər Mərkəzinin məsul şəxsi T.G. Muğlanın Marmaris rayonunda yerləşən oteldə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Antalya İl Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) şöbəsinin əməkdaşları texniki və fiziki müşahidə nəticəsində şübhəlinin yerini müəyyən edərək əməliyyat keçiriblər. T.G. ifadə vermək üçün Antalya Polis İdarəsinə aparılıb.

Saxlanılmadan dərhal sonra KOM əməkdaşları Antalya Böyükşəhər Bələdiyyəsinin Gənclər Mərkəzində də axtarış keçiriblər. Əməliyyat zamanı mərkəzdəki kompüterlər, sərt disklər, təhlükəsizlik kameralarının görüntüləri və rəsmi sənədlər götürülərək araşdırmaya cəlb edilib.

Məlumata görə, T.G. sosial şəbəkə paylaşımlarında korrupsiya istintaqı çərçivəsində həbs olunan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekə "ata" deyə müraciət edirdi. Bildirilir ki, Böceyin həbsindən sonra o, Antalya Gənclər Mərkəzi və "Gənc Antalya Könüllüləri" proqramının məsul şəxsi vəzifəsinə təyin olunmuşdu.

İstintaqın daha da genişləndiyi və yeni saxlanılmaların istisna edilmədiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki