Türkiyə təyyarəsinin qara qutusunun nəticələri bu tarixdə bilinəcək

  Türkiyənin Gürcüstan ərazisində qəzaya uğrayan C-130 təyyarəsinin qara qutususunun araşdırması iki ay vaxt aparacaq.

Referans.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

 Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 20 hərbçi şəhid olub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki