Türkiyədə polis böyük əməliyyat keçirdi: 970 nəfər tutuldu

Türkiyə Daxili işlər naziri Əli Yerlikayanın verdiyi məlumata görə, 72 şəhərdə narkotik satıcılarını hədəf alan əməliyyatlarda 970 şübhəli tutulub.

Daxili İşlər naziri Yerlikaya bildirib ki, “Son bir həftədir davam edən əməliyyatlarda 970 nəfər saxlanılıb”.

Nazir Əli Yerlikaya açıqlama verib:

“72 şəhərdə narkotik satıcılarına qarşı baş tutan əməliyyatlarda 352 kq narkotik və 4.158.000 narkotik maddə ələ keçirdik, onların əhaliyə paylanmasının və ictimai sağlamlığa zərər verməsinin qarşısını aldıq. 970 şübhəlini saxladıq.”

Baş Prokurorluq və Təhlükəsizlik Baş İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə İdarəsinin koordinasiyası ilə Şəhər Polis İdarələrinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbələri 1487 qrup, 3712 personal, 14 təyyarə və 52 narkotik aşkarlama itinin iştirakı ilə Adana, Ankara, İzmir, Qaziantep, Şanlıurfa, Antalya, İstanbul, Konya, Samsun, Kocaeli, Mersin, Diyarbəkir, Şırnak, Osmaniye, Bursa, Balıkesir, Dənizli, Manisa, Kayseri, Əskişəhər, Mardin, Aksaray və Muğlada əməliyyatlar həyata keçirib. Əməliyyatlar Elazığ, Malatya, Sakarya, Hatay, Tekirdağ, Isparta, Niğde, Kahramanmaraş, Kütahya, Rize, Bingöl, Ərzincan, Aydın, Ordu, Adıyaman, Batman, Uşak, Ərzurum, Bitlis, Ədirnə, Giresun, Nevşehir, Trabzon, Van, Çorum, Kırklareli, Afyonkarahisar, Barışar, Ağrılı Düzce, Iğdır, Karabük, Karaman, Tokat, Artvin, Çanaqqala, Kırıkkale, Kilis, Siirt, Sinop, Yozgat, Zonguldak, Burdur, Kastamonu, Muş, Sivas və Yalovada paralel olaraq davam edib. Narkotiklər bəşəriyyətin ən böyük düşmənidir!

Biz ölkəmiz və insanlıq naminə narkotik alverçilərinə qarşı mübarizəmizi davam etdirəcəyik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki