Türkiyədə qalmaqal: “Qalatasaray” TFF ilə əməkdaşlığı dayandırdı

“Qalatasaray”ın prezidenti Dursun Özbek Federasiyası (TFF) ilə əməkdaşlıqla bağlı açıqlama verib.

Referans Media  xəbər verir ki, Özbek klubun sosial media hesabında bildirib:

“Bu gündən etibarən Türkiyə Futbol Federasiyasının hazırkı rəhbərliyi ilə bütün münasibətlərimiz dayandırılıb”.

Türkiyə mediası bu qərarı Türkiyə çempionatının 31-ci turunda “Qalatasaray”la “Fənərbağça” arasında keçiriləcək oyuna hakim Yasin Kolun təyin olunması ilə əlaqələndirir.

Oyun aprelin 26-da İstanbulda keçiriləcək və çempionluq mübarizəsində həlledici olacaq.

Kol 1 dekabr 2025-ci ildə keçirilən “Qalatasaray” – “Fənərbağça” oyununu idarə edib. Oyun 1-1 hesabı ilə başa çatıb və hakim “Qalatasaray” 4 oyunçusuna və baş məşqçi Okan Buruka sarı vərəqə göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki