Ukraynalılar bunu etmək üçün 20 avro verməli olacaq

Ukrayna vətəndaşları üçün Avropa İttifaqı (Aİ) ölkələrinə giriş ödənişli olacaq.

Referans Media xəbər verir ki, bu barədə “RT na russkogo” Telegram kanalı məlumat yayıb.

“Səyahət öncəsi icazə sistemi təxminən 20 avro (təxminən 39 manat) rüsumla tətbiq olunacaq. Yeni qayda hətta biometrik pasportla daxil olanlara da şamil ediləcək.

Səyahət etməzdən əvvəl onlar onlayn ərizə təqdim etməli və giriş icazəsi almalıdırlar, bu olmadan isə sərhədi keçə bilməyəcəklər”, – deyə bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki