VACİB XƏBƏR! ÇİMƏRLİKLƏRDƏ bu təhlükələrlə rastlaşa BİLƏRSİNİZ!backend

VACİB XƏBƏR! ÇİMƏRLİKLƏRDƏ bu təhlükələrlə rastlaşa BİLƏRSİNİZ!

Hazırda dəniz mövsümünün ən aktiv mərhələsidir. İnsanlar isti günlərdə istirahət üçün adətən dənizə üz tuturlar. Lakin bununla belə təəssüflər olsun ki, hər il dənizdə boğularaq həyatını itirənlər də olur. Bəs çimərliklərdə əhalini təhlükəsizliyi necə təmin edilir? Əslində çimərlik və digər bu kimi istirahət mərkəzlərində təhlükəsizlik qaydaları necə təşkil edilməlidir?

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Referans-a açıqlamasında bildirib ki, çimərliyə gedərkən öncəliklə hava şəraiti nəzərə alınmalıdır. Əlverişsiz havada çimərliyə getməmək lazımdır. Ona görə ilk növbədə hava şəraiti nəzərə alınmalıdır, daha sonra fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Çimərlik mövsümü başlamamışdan öncə aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən çimərlik sahələrinə baxışlar keçirilir. Həm suyun dibinin aquatoriyası, həm də sualtı relyef, sualtı axınlar, suyun fiziki, kimyəvi, bioloji xassələri, sanitar normalar öyrənilir. Yəni bunlar uyğun olduqdan sonra, insanların həyat və sağlamlıqları üçün hər hansısa bir təhlükə riski yoxdursa, ondan sonra o çimərliklərin fəaliyyətinə icazə verilir. Baxın, görün nə qədər yoxlamalardan keçir və fəaliyyətinə icazə verilir.

Ekspert onu da bildirib ki, ancaq fəaliyyətinə icazə verilməyən çimərliklərdə isə bu yoxlamalar məqbul olmadığı üçün bu çimərliklərin fəaliyyətinə icazə verilmir. Ona görə də ilk növbədə fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır ki, bu təhlükəsizlik baxımından daha məqsədəuyğundur. Həmçinin fəaliyyətinə icazə verilən çimərliklərdə xilasetmə xidməti fəaliyyət göstərir ki, bu da insanların hər hansısa bir boğulma təhlükəsi anında ilkin və vaxtında tibbi yardımla müdaxilə olunaraq həyat təhlükəsini aradan qaldırmağa səbəb olur. Hər il FHN-nin kiçik həcmli gəmilərə nəzarət, sularda xilasetmə dövlət xidməti və xilasedicilər tərəfindən hər il yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxs boğulma təhlükəsindən xilas olunur. FHN-in xilasetmə xilasetmə xidməti fəaliyyət göstərən çimərliklərdə indiyədək bir nəfərdə olsun boğulma halı qeydə alınmayıb. Bu da bir daha onu deməyə əsas verir ki, fəaliyyətinə icazə verilən çimərliklər daha təhlükəsizdir. Biz ümumi dünya statistikasını götürəndə də fəaliyyətinə icazə verilən, yəni rəsmi çimərliklərdə boğulma statistikası 2% üzərində olur, qalan 98% isə nəzarətsiz çimərliklərdə baş verən boğulma hallarıdır. Ona görə mütləq fəaliyyətinə icazə verilən çimərliklərə getmək və xilasetmə xidməti olan çimərliklərdə istirahət etmək lazımdır.

Müsahibimiz onu da xatırladıb ki, dünyada hər il 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Bu rəqəmlər də bir daha onu deyir ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Əlverişsiz hava şəraitində suda boğulma hadisələri 70%-80% üzərindədir. Mütləq ki, əlverişsiz hava şəraitində, küləyin sürəti saniyədə 10m-12m keçərsə, qaranlıq saatlarda çimərliyə getməmək lazımdır. Məhdudlaşdırıcı, xəbərdaredici və məlumatlandırıcı nişanların tələblərinə əməl etmək, üzmə sərhədlərini müəyyənləşdirən hüdudları keçməmək lazımdır. Əfsuslar olsun ki, insanlar dəfələrlə keçib, daha dərin məsafələrdə üzürlər. Ümumiyyətlə, 1m yarımdan daha dərin məsafədə üzmək təhlükəsizlik baxımından yolverilməzdir. Mütləq ilkin, ibtidai təhlükəsizlik qaydalarına riayət etmək lazımdır ki, hər hansısa boğulma təhlükəsi ilə üzləşmə ehtimalı olmasın. Spirtli içki qəbul edib suya girmək, uşaqları nəzarətsiz buraxmaq – bu kimi hallar yolverilməzdir. Su da lüzumsuz hərəkətlərə yol vermək, daş, qaya, dəmir parçalarının üzərinə çıxaraq suya baş vurmaq bunlarda təhlükəsizlik baxımından yolverilməzdir.

“Bəzən çimərliyi yarış meydançasına çevirirlər. Kim daha çox üzər və digər bu kimi yarışmalar edilir. Təbii ki, bunlar da təhlükəsizlik baxımından yolverilməzdir. Ona görə də çimərliyə gedərkən bu planlı şəkildə həyata keçirilməlidir. Əlverişli hava şəraitində, təhlükəsizlik qaydalarına riayət edərək istirahət təşkil etmək lazımdır ki, bədbəxt hadisələrlə nəticələnməsin,” – deyə Elmar Nurəliyev qeyd edib.

Məmmədov Hüseyn  

Referans


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki