Vahid Əhmədovun səhhətində ciddi problem yaranıb? - Özündən açıqlama

Sosial şəbəkələrdə sabiq millət vəkili Vahid Əhmədovun səhhətində ciddi problemlər yarandığı, artıq müalicə almağa başladığına dair xəbərlər yayılıb.

Referans Media  xəbər verir ki, məsələ ilə bağlı danışan keçmiş millət vəkili məlumatı təkzib edib:

“Bu barədə mənə də zənglər gəlir. Amma deyim ki, səhhətimdə heç bir problem yoxdur. Kimsə yalandan yazıb. Özümü hazırda yaxşı hiss edirəm. Sizlə danışmazdan öncə verilişdə çıxış edirdim”.

Qeyd edək ki, ötən il də Vahid Əhmədovun səhhətində problem yarandığı, təcili Almaniyaya aparıldığına dair məlumatlər yayılmış, o, bu xəbərləri təkzib etmişdi./Xitab24.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki