Azərbaycana ən çox turist bu 5 ölkədən gəlir – Siyahı

2026-cı ilin ilk 6 ayı ərzində ölkəyə 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1.091.865 giriş qeydə alınıb.

Referans Media  xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən media-tur çərçivəsində məlumat verib.

O bildirib ki, hazırda azalma müşahidə olunur və bu, Körfəz ölkələrində baş verən hadisələrlə bağlıdır:

“Ölkəyə ən çox səfər edən vətəndaşların mənsub olduqları ilk beş ölkə bunlardır: Rusiya, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan.

Gələcəkdə yenidən miqrasiya axınının artacağı gözlənilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki