"Qalatasaray" azarkeşlərinə pis xəbər: Dursun Özbek Musiala iddialarına son qoydu

"Qalatasaray" rəhbərliyi son günlər yayılan Camal Musiala transferi iddialarına aydınlıq gətirib.

Referans Media xəbər verir ki, Sarı-qırmızılıların prezidenti bildirib ki, “Bayern” (Münhen) və Almaniya millisinin ulduz futbolçusu Musiala klubun transfer gündəmində deyil.

Dursun Özbek jurnalist Levent Tüzemenə açıqlamasında sosial şəbəkələrdə yayılan transfer xəbərlərinə münasibət bildirib.

Özbek qeyd edib ki, sosial media təzyiqinə görə qərar vermir: "Mən sosial media təzyiqindən heç vaxt təsirlənmirəm. Nə etdiyimi bilirəm."

Musiala ilə bağlı iddialara cavab verən klub rəhbəri deyib: "Musiala gündəmdə yoxdur. Belə gündəm yaradırlar. Hər il eyni şeylərlə qarşılaşırıq. Sonda transferləri edirik və son 4 ildə çempion oluruq."

Dursun Özbek transfer çalışmalarının planlı şəkildə davam etdiyini vurğulayıb.

"Əlbəttə ki, transferləri edəcəyik. Hamı görəcək. Araşdırmalarımız və planlarımız var. Necə edəcəyimizi bilirik. Doğru bildiyimiz yoldan dönmürük."

Qalatasaray prezidenti komandanın transfer strategiyasının müəyyən qaydalar çərçivəsində aparıldığını da bildirib.

"Bəziləri eyni oyunu yenidən oynayır. Öyrəşmişik. Hamı danışır, amma 10+4 qaydasını bilmirlərmi? Biz planlı şəkildə irəliləyirik."


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki