4 qadın məşhur aktyoru təcavüzdə ittiham edir

Dörd qadın aktyor və “Thirty Seconds to Mars” qrupunun solisti Cared Letonu yeniyetməlik illərində onlara qarşı cinsi təcavüzdə ittiham edib.

Referans Media xəbər verir ki, onların etirafları “BBC”nin “Jared Leto: Hollywood’s Darkest Secret” sənədli filmində yer alıb.

Qadınlardan biri 17, biri 18, biri 19, sonuncusu isə 16 yaşları olanda aktyor tərəfindən təcavüzə uğradıqları, həmin vaxt Letonun 30-dan çox yaşı olduğunu bildiriblər.

Filmin yayımlanmasından sonra başqa qadınlar da eyni şikayətlə BBC-yə müraciət edib./Globalinfo.az /


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki