Türkiyədə yay kabusu davam edir: Bu şəhərdə fövqəladə vəziyyət elan edildi

Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda başlayan meşə yanğını güclü küləyin təsiri ilə qısa zamanda yayılıb. Yanğının yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən bəzi evlər təhlükəsizlik məqsədilə boşaldılıb.

Referans Media xəbər verir ki, yanğın Bayır məhəlləsi yaxınlığındakı kənd təsərrüfatı ərazisində başlayıb. Güclü küləyin təsiri ilə alovlar qısa müddətdə meşəlik sahəyə keçib.

Hadisə barədə məlumat daxil olduqdan sonra Muğla Meşə Regional İdarəsi və Muğla Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadaları əraziyə göndərilib.

Yanğının nəzarət altına alınması üçün genişmiqyaslı əməliyyat başladılıb.

Söndürmə işlərinə 5 yanğınsöndürmə təyyarəsi, 11 helikopter, 40 su çəni, 1 texnika, 261 əməkdaş cəlb olunub.

Bölgədə təsirli olan güclü külək alovların yayılmasını sürətləndirib və yanğınsöndürmə əməliyyatlarını çətinləşdirib.

Yanğının yaşayış ərazilərinə yaxınlaşması səbəbilə risk altında olan evlərdə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Ərazidə təhlükəsizlik tədbirləri və soyutma işləri davam etdirilir. Güclü tüstü və yanğın təhlükəsi səbəbindən Fəthiyə-Antalya avtomobil yolu müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki