Tanınmış
texnobloger və aparıcı Valid Fərmanoğlu (TEXNOBRO), TikTok hesabında
yayımladığı videoda populyar onlayn alış-veriş platforması Temu ilə bağlı şəxsi
təcrübəsini və narazılıqlarını bölüşüb. O, Temu-dan gələn məhsulların fotolarda
göstərildiyi kimi olmadığını, şəkillərin manipulyasiya edildiyini, məhsulların
real ölçü və görünüşlə uyğun gəlmədiyini vurğulayıb.
Belə ki, Valid Temu
platformasından ağıllı domofon sifariş edib. Ancaq məhsul gələndə nə şəkildəki
görünüşə, nə də vəd edilən texniki keyfiyyətə uyğun olub:
• Daha böyük və yüksək texnologiyalı
görünən domofon, realda daha kiçik və yüngül;
• Kamera keyfiyyəti zəif;
• Cihaza qoşulmaq isə çətin olub və
istifadə üçün əlavə bulud servisinə ödəniş etməli olduğu ortaya çıxıb;
Bu texniki tələblər
və çatışmazlıqlar məhsulun təsvirində və istifadəçi rəylərində ümumiyyətlə qeyd
olunmayıb.
Validin sözlərinə görə, Temu-da yerləşdirilən
istifadəçi rəyləri də real alıcı təcrübəsini əks etdirmirdi.
Eyni zamanda platforma “müvəqqəti endirim”,
“bəxtli seçim”, “500 manatlıq məhsul 10 manata” kimi kampaniyalarla alıcıların
psixologiyasına təsir edir, tələsik və düşünülməmiş sifarişlərə səbəb olur.
Sonda Valid izləyicilərini Temu-dan bəyəndiyi
məhsulu almaq üçün tələsməməyə, daha diqqətli olmağa və digər platformalara da
baxmağa səsləyib.
Videoya baxmaq üçün: