Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan "Xalq Bank"ın cari ilin ilk 9 ayındakı maliyyə göstəricilərində ciddi geriləmələr qeydə alınıb. Bankın əsas göstəricilərində nəzərəçarpacaq dərəcədə eniş baş verib.
Referans Media xəbər verir ki, cari ilin 9 ayının yekunlarına əsasən, "Xalq Bank"ın xalis mənfəəti yarıbayarı azalaraq 51.5 milyon manatdan 24 milyon manata düşüb.
Eyni zamanda, bankın aktivləri 22.1% azalaraq ümumi miqyasda kiçilmə yaşayıb.
Müştərilərin banka olan etimadının və ya vəsait yerləşdirmə meylinin zəifləməsi fonunda depozit portfeli də 13.2% aşağı düşüb ki, bu da vətəndaşların bankdan pullarını çəkdiyini göstərir.
Xatırladaq ki, "Xalq Bank" ötən il sistem əhəmiyyətli bank statusundan çıxarılmışdı.
