Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Referans-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 6-dan 7-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki