Yaponiya Baş naziri: Gərginliyə baxmayaraq Çinlə dialoqa açığıq

Yaponiya Baş naziri Takaici Sanae Tayvanla bağlı açıqlamalarından sonra Çinlə münasibətlərdə gərginliyin davam etməsinə baxmayaraq, Tokionun Pekinlə dialoq qapılarını bağlamadığını və ünsiyyətə hazır olduğunu bildirib.

Referans Media xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Baş nazir Takaici mətbuat konfransında hökumətin əsas prioritetləri ilə bağlı fikirlərini bölüşüb. O, Yaponiya ilə Çin arasında mövcud problemlərin və qarşılıqlı narahatlıqların aradan qaldırılması üçün dialoqun mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Ölkəmiz Çinlə dialoq üçün müxtəlif imkanlara açıqdır və biz bu qapını heç vaxt bağlamamışıq”, — deyə Takaici qeyd edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki