Çinin Şansi əyalətinin Taiyuan şəhərindəki yaşayış kompleksində güclü yanğın baş verib.
Referans Media xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yanğın nəticəsində 14 nəfər ölüb.
Hadisənin təfərrüatı hələ dəqiqləşdirilməyib.
