Yoxa çıxan helikopter tapıldı – Ölənlər var

Rusiyanın Amur vilayətinin Romnenski bələdiyyə dairəsində yoxa çıxan şəxsi “Robinson” helikopterinin axtarışları başa çatıb. 

Bu barədə Amur vilayəti hökuməti Teleqram kanalında məlumat yayıb.

Xilasedicilər qəza yerində 3 şəxsin cəsədini aşkar ediblər.

Məlumata görə, helikopter ağac emalı sahəsinin yaxınlığındakı ucqar ərazidə tapılıb./Milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki